Şriftin ölçüsü :

Saytın rəngi :

AĞSTAFA RAYONUNUN KÖÇƏSGƏR KƏNDİNDƏN OLAN ŞƏHİDİMİZ BABAYEV YAŞAR VASİF OĞLU DOĞMA KƏNDİNDƏ TORPAĞA TAPŞIRILIB

14 iyul 2020 | 11:00

İyulun 13-dən 14-nə keçən gecə və  səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Düşmən hücumunun qarşısını alarkən döyüşdə  Azərbaycan Ordusunun  hərbi qulluqçusu   Ağstafa rayon Köçsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir,  Babayev Yaşar Vasif oğlu şəhid olub.  Bu gün şəhidimiz  doğma kəndi Köçəsgərdə torpağa tapşırlıb. Şəhidin yaşadığı evdə keçirilən vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov,  Ombudsman  Səbinə Əliyeva, millət vəkilləri Nizami Cəfərov və Qənirə Paşayeva, Müdafiə Nazirliyinin məsul şəxsləri  iştirak ediblər. Şəhidimizin dəfnində izdiham yaşanıb. Məzarı üstünə tər qərənfil və qızıl güllər düzülüb. Seymur Orucov şəhidin tabutu üzərindəki üçrəngli bayrağımızı  dayısı,  Əliyev Məhərrəmə təqdim edib.
Allah rəhmət eləsin!

Keçidlər