Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucov rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri və mobil təbliğat qrupları ilə onlayn iclas keçirib

15 iyul 2020 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur  Orucov rayon ərazisində COVİD-19 pandemiyasına qarşı görülən  tədbirlərin icra vəziyyətinə dair növbəti onlayn iclasını keçirib. İcra başçısı öncə son bir neçə gündə Tovuz istiqamətində  Ermənistan  silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən,  gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin göstərdiyi sücayətdən söz açıb və şəhidlərimizə Allahdan rəhmət diləyib.

Seymur Orucov bəzi yerli nümayəndələrə sərt iradlarını bildirərək üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmələrini tələb etdi. Operativ Qərargahın tələblərinə uyğun olaraq yerlərdə yas mərasimlərinin, eləcə də digər kütləvi tədbirlərə nəzarətə bir başa məsuliyyət daşıdıqlarını diqqətə çatdırdı. İcra başçısı həmçinin mobil qruplara fəaliyyətlərinin daha da səylə davam etdirmək  tapşırığını verdi. Yaşayış məntəqələrindəki fəaliyyət göstərən bərbərxanalar, gözəllik salonları, ictimai-iaşə obyektləri, bir sözlə əhalinin daha çox istifadə etdiyi və toplandığı məkanlarda tibbi maskadan istifadə, sosial məsafənin gözlənilməsi, digər gigiyenik tələblərə əməl olunmasına dair  təbliğat  işlərinin  gücləndirilməsini tələb etdi. Geniş müzakirələr əsnasında keçən iclasda,  rayonun bütün yaşayış məntəqələrində infeksiya ilə mübarizədə yaşanan istənilən problemləri dərhal Rayon İcra Hakimiyyətinin diqqətinə çatdırılması tapşırığı verildi.

Keçidlər