Ağstafa RİH başçısı Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Vurğun qəsəbəsində keçirib
Vurğun qəsəbə tam orta məktəb binasının iclas zalında təşkil olunan səyyar qəbulda RİH başçısı aparatının, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, ictimaiyyət nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
RİH başçısı çıxışında ölkəmizin dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, beynəlxalq aləmdəki yüksək nüfuzundan, eləcə də yerlərdə təşkil olunan vətəndaşların səyyar qəbullarının yüksək əhəmiyyətindən söz açıb.
İcimayiət nümayəndələri, Nazim Eminov və Saleh Məhərrəmov Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla reallaşdıraraq Vətən müharibəsində qazanılan şanlı Zəfərə, Azərbaycanın suverenliyinin tam bərpa olunmasına görə Prezident İlham Əliyevə, həmçinin vətənpərvərliyi və xeyirxahlığı ilə dövlətimizin başçısı ilə çiyin-çiyinə xalqımız qarşısında göstərdiyi misilsiz xidmətlərinə görə Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, Heydər Əliyev Fondu tərəfindən inşa olunan və bu ilin sentyabr ayında istifadəyə verilən Vurğun qəsəbə tam orta məktəb binası dövlətimiz tərəfindən ümumilikdə ağstafalılara göstərilən yüksək qayğının bariz nümunəsidir.
Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli tədbirləri müəyyən edilib, aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.