Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Məişət zorakılığına qarşı” mövzusunda növbəti tədbir keçirilib

24 noyabr 2023 | 17:53

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa və Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması barədə Komissiyanın 2023-cü il üçün nəzərdə tutulmuş Tədbirlər Planına uyğun olaraq “Məişət zorakılığına qarşı” mövzusunda növbəti tədbir rayon Mədəniyyət Evində təşkil olunub. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin məsul şəxsi Leyla Zeynalova, Ağstafa Rayon Mərkəzi Xəstəxanası PHŞ-in direktor müavini Cəmalə Rəhimova, Təcili tibbi yardım  şöbəsinin müdiri Həcər Namazova, Doğum şöbəsinin mama-ginekolog Ziba Məmmədova, Uşaq şöbəsinin müdiri İradə Batıyeva və  psixoloq Zülqayidə Namazova ölkəmizdə məişət zorakılığının qarşısının alınması, məişət zorakılığı təhlükəsinin aradan qaldırılması məqsədi ilə həyata keçirilən hüquqi, sosial və qabaqlayıcı tədbirlər haqqında geniş məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, dövlətimizin daxili siyasətində ən mühüm prioritetlərdən biri olan məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində Ağstafa rayonunda maarifləndirmə işinin gücləndirilməsi tədbirlərinin icrası diqqətdə saxlanılır.

 

Keçidlər