Şriftin ölçüsü :

Saytın rəngi :

2 Fevral – Azərbaycan Gəncləri Günü Ağstafada qeyd olunub

02 fevral 2024 | 14:04
Gənclər Günü münasibəti ilə Seymur Orucov rayonun ictimai-siyasi həyatında fəaliyyətlərində fərqləndiklərinə görə 44 günlük Vətən müharibəsi qaziləri, Əlləz Cavanşir oğlu Yusifovu və Vüqar Səməd oğlu Hacıyevi, həmçinin Şəfəq Xəlil qızı Cəlilovanı və Məleykə Murtuz qızı Abbasovanı Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edib.   Ağstafa rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdən əvvəl ağstafalı gənclər, Heydər Əliyev Mərkəzinin qaşısında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda video çarx nümayiş etdirilib. Çıxışlarda qeyd olunub ki, Azərbaycan gəncliyinin həyatında yeni mərhələ dövlət gənclər siyasətinin banisi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi olmuşdur. Bunun ardınca, 1 fevral 1997-ci il tarixdə ilk forumun ildönümü münasibəti ilə gənclərlə görüşən Ümummilli Lider “2 fevral - Azərbaycan Gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Məhz həmin tarixdən etibarən hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi böyük təntənə ilə qeyd olunur. Ulu öndər gənclərlə bağlı siyasətinə hər zaman yeni nəfəs vermiş, bu siyasətin davamlı xarakter almasını şərtləndirmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən dövlət gənclər siyasəti uğurla davam etdirilir. Dövlətimizin gənclərə diqqət və qayğısı sayəsində onların üzləşdikləri çətinliklər aradan qaldırılır, cəmiyyətin bütün sahələrində fəal iştiraklarını təmin etmək üçün bütün zəruri tədbirlər həyata keçirilir. Tədbir gənc mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında vətənpərvərlik mövzusunda, eləcə də milli ruhda mahnılardan ibarət bədii proqramla davam etdirilib.
Keçidlər