Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar şəhidimiz Habil Əzizov həlak olduğu faciənin 33-cü ildönümündə ehtiramla yad edilib

20 yanvar 2023 | 17:14

Ağstafa RİH başçısı Seymur Orucov müavinləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə ilə birlikdə şəhidin Vurğun qəsəbəsindəki doğma evində ailəsini ziyarət edib.

Ziyarət zamanı Habil Əzizovun mənalı ömür yolundan xatirələr anılıb,eləcə də ölkəmizdə bütün şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından söz açılaraq qeyd olunub ki, 20 Yanvar əlillərinə və şəhid ailələrinə də mənzillər, minik avtomobilləri verilib. Həmçinin 2023-cü ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində 20 Yanvar şəhidinin ailəsi və 20 Yanvar əlilliyi üçün Prezident təqaüdünün məbləği artırılmışdır.

20 Yanvar şəhidinin ailə üzvləri daim dövlətimizin yüksək diqqət və qayğısını hiss etdiklərini bildirirək, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər