Dövlət Proqramı çərçivəsində 115 yerlik Ağstafa şəhər 1- saylı körpələr evi-uşaq bağçasının açılışı olmuşdur
06 avqust 2013-cü il tarixdə Dövlət Proqramı çərçivəsində ən müasir standartlara cavab verən 115 yerlik Ağstafa şəhər 1 saylı körpələr evi-uşaq bağçasının açılışı olmuşdur.
Tədbiri giriş sözü ilə Ağstafa rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq rayonda son dövrdə aparılan tikinti, quruculuq və abadlıq işləri barədə geniş məlumat verdi. Cənab Prezidentin rayona olan son səfərinin insanlarda böyük ruh yüksəkliyi yaratdığını, yeni istifadəyə verilmiş sosial obyektlərin və həyata keçirilməkdə olan digər infrastruktur layihələrin rayon sakinləri tərəfindən razılıqla qarşılandığnı diqqətə çatdırdı. Cənab Məhərrəm Quliyev rayonda bir çox sahələrlə yanaşı körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının möhkəmləndirilməsi, yenilərinin tikintisi və əsaslı təmiri istiqamətində görülən işlər barədə məlumat verdi. Şəhər 4-saylı, bu gündə 1-saylı körpələr evi-uşaq bağçalarının tikilib istifadəyə verilməsini tarixi hadisə kimi qiymətləndirdi və bu münasibətlə Ağstafa rayon ictimaiyyətini təbrik etdi.
Sonra rayon Ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, valideynlərdən Sadəgül Namazova, tkinti şirkətinin rəhbəri Nasir Mustafayev çıxış edərək uşaqlara yaradılan bu şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Daha sonra rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qırmızı lenti kəsərək körpələr evi-uşaq bağçasının rəsmi açılışını etdi və yaradılan şəraitlə yaxından tanış oldu.