Ağstafa Rayon İcra Hakimiyyəti başçısının ilk sərəncamı YAP Ağstafa rayon Təşkilatı Şurasının üzvü ilə bağlı olub
18 iyul 2020 | 11:00
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun müvafiq sərəncamı ilə Yeni Azərbaycan Partiyası Ağstafa Rayon Təşkilatının aparat rəhbəri, partiyanın şura üzvü, Hacıyev Şükran Famil oğlu rayonun ikinci ən böyük kəndi olan Köçəsgərə inzibati ərazi dairəsi üzrə nümayəndə təyin olunub.
Ş.Hacıyev uzun illər həmin kəndin Bələdiyyə üzvü olub. Qarabağ müharibəsi veteranıdır. Ailəlidir, üç övladı var.