Dağ Kəsəmən kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Dağ Kəsəmən kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Dağ Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fazil Bayramov Dağ Kəsəmən kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Kərəm Qəfərov dağlardan gələn sel sularının qarşısının alınması üçün tədbirlərin görülməsinin vacibliyindən danışdı
2. İdris Rəhimov iş yerlərinin açılması barədə danışdı.
3. Fərqanə Bayramova ərazidə iki ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
4. Yaşar Allahverdiyev kəndin ərazisindən keçən mərkəzi avtomobil yolunun işıqlandırılmasına ehtiyac olduğunu qeyd etdi.
5. Süleyman Korov Armudlu adlanan ərazidə kəndin selötürücü arxın dağılmış hissəsinin bərpa edilməsini xahiş etdi.
6. Dilqəm Ayralov Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
7. Validə Allahverdiyeva mənzilinin tikintisinə köməklik edilməsini xahiş etdi.
8. Çingiz Salıfov yol ətrafında olan ağacların əhənglə ağardılmasını təklif etdi.
9. Mehman Muradov Yeni məhəllədə yolun təmir edilməsini xahiş etdi.
10. Əhməd Əfəndiyev 1 saylı Dağ Kəsəmən kənd tam orta məktəbin qarşısında olan bardürlərin təmirə ehtiyacı olduğunu qeyd etdi.
11. Eyyub Budaqov Dağ Kəsəmən kənd mədəniyyət evinin əsaslı təmir edilməsini təklif etdi.
12. Süleyman Yolçuyev mərkəzi küçədə məişət tullantılarının yığılması və daşınmasının təmin edilməsinin vacibliyindən danışdı.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Dağ Kəsəmən kəndinin dağlardan gələn sel sularından mühafizəsi məqsədi ilə 2013-cü ildə təhlükəsizlik tədbirlərinin görülməsi üçün layihə işlərinin hazırlanması və tilinti işlərinə başlanılması ilə əlaqədar Azərbaycan Respublikası Meliorasiya və Su Tikinti Açıq Səhmdar Cəmiyyətinə investisiya qoyuluşu ayrılmışdır. Cari ildə tikinti işlərinə başlanılması nəzərdə tutulmuşdur.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.