Şriftin ölçüsü :

Saytın rəngi :

Cənab Prezidentin Tovuz rayonuna dəymiş ziyanın aradan qaldırılması ilə bağlı imzaladığı Sərəncamın icrası şəxsi nəzarətindədir

23 iyul 2020 | 11:00

Namərd və xain düşmənin Tovuz istiqamətində törətdiyi növbəti təxribat nəticəsində rayonun mülki obyektlərinə, vətəndaşların evlərinə ağır artilleriyadan və minaatanlar¬dan atəş açması nəticəsində mülki vətəndaşlara xeyli ziyan dəyib. Bundan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  “Azərbaycan Respublikasının Tovuz ra¬yonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırıl¬ması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.  Ermənistanın təcavüzü nəticəsində əsas ziyan Tovuz rayonunun 6 yaşayış məntəqəsinə - Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib. İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. İntensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib. Bunlar əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur. İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikası¬nın İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Hazırda Prezidentin sərəncamının icrası ilə bağlı Tovuz rayonunda təcili tədbirlər görülür. Bu məqsədlə işçi qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunub. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücu¬ma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldı¬rılması ilə bağlı hökumət tərəfindən tədbirlər planı hazırlanacaq. Hərbi hücum nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Prezidentinə təqdim ediləcək. Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılma¬sı üçün bütün qüvvələr səfərbərliyə alınıb. Dəymiş zərər tezliklə aradan qaldırılacaq, infrastruktur və evlər bərpa olunacaq. Həyat tamamilə öz məcrasına qayıdacaq.
Dəfələrlə təsdiq olunduğu kimi, Azərbaycan dövləti vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanın ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıla¬rı öyrənilir və onların həlli istiqamətində addımlar atılır.

Keçidlər