Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi

08 avqust 2013 | 10:00

Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın 2013-cü il üçün iş planına uyğun olaraq 7 avqust 2013-cü il tarixdə rayon İcra hakimiyyətinin akt zalında Şuranın geniş iclası keçirildi.

Şuranın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Rayon mədəniyyət evləri, klub və kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması istiqamətində işin aparılması, xalq sənətkarlığı və yerli ənənəvi xalq bədii yaradıcılığının inkişafına hərtərəfli köməklik göstərilməsi barədə.

2. Rayonun Vurğun qəsəbə, Həsənsu, Qırılı, Muğanlı, Böyük Kəsik və Ağgöl kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ötən dövr ərzində görülən işlər barədə.

3. Ağstafa rayonu İcra hakimiyyəti başçısı aparatında 2013-cü ilin 6 ayı ərzində vətəndaşların müraciətlərinə baxılması vəziyyəti haqqında.

Şura iclasına sədrlik edən Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini bildirdi və  qeyd etdi ki, rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz əksini təkcə iqtisadi .inkişafda deyil, sakinlərin mədəni həyatı, onlara göstərilən xidmət sahələrində də göstərir.
Gündəlikdəki məsələlər barəsində Ağstafa rayonu İcra hakimiyyəti başçısının müavini Lalə Eyyubova, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanlar ilə iş şöbəsinin baş məsləhətçisi Elşad Bayramov,  rayon İcra hakimiyyəti başçısı aparatında Ümumi şöbənin müdiri Yasin Əfəndiyev məruzələri ilə çıxış etdilər. Məsələlər ətrafında müvafiq idarə, müəssisə və təşkilat rəhbərlərinin, eləcə də icra nümayəndəliklərinin arayışı dinlənildi.
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev məsələlər ətrafında aparılan müzakirələr zamanı müvafiq təklif və iradlarını bildirdi. Mövcud nöqsan və qüsurların aradan qaldırılması üçün konkret tapşırıqlarını verdi.
Şura iclası işgüzar şəraitdə keçdi.

Keçidlər