Seymur Orucov Ağstafa şəhərinin içməli su təsərrüfatının mövcud vəziyyəti ilə yerində tanış olub
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Ağstafa şəhər əhalisinin içməli su təminatı şəraiti ilə yaxından tanış olub. Su anbarları və təmizləyici qurğulara yerində baxış keçirib. Bu sahədə mövcud vəziyyəti rayon mərkəzinin içməli su təminatına məsul şəxslərlə ətraflı müzakirə edib. İcra başçısı qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşıya qoyduğu ən prioritet msələlərdən biri də əhalinin daha dayanıqlı və təmiz içməli su ilə təmin olunmasıdır. Odur ki, Ağstafa şəhər əhalisinə verilən iyirmi dörd saat fasiləsiz içməli suyun keyfiyyətinə nəzarət daim diqqətdə saxlanılmalıdır. Eyni zamanda Ağstafa şəhəri üzrə 100 faiz sayğaclaşdırılmış hər bir abonentin müraciətinə həssaslıqla yanaşılmalı və mövcud nöqsanlar ən qısa zamanda aradan qaldırılmalıdır.