Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ağstafada “Heydər Əliyevin islam dininə verdiyi dəyər” mövzusunda tədbir keçirilib.

16 fevral 2023 | 10:39

Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə aidiyyəti üzrə məsul şəxslər Ağstafa RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsa Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Pərvin Zeynalov,  Ağstafa şəhər İmam Əli adına “Cümə” məscidinin imamı Şahin İsmayılzadə və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Natiqlər mövzu ətrafında geniş məruzələrlə çıxış ediblər. Qeyd olunub ki, ölkəmizin son onilliklər ərzində bütün sahələrdə qazandığı uğurlar məhs ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda hər bir sahədə olduğu kimi, dini sahədə də bütün çatışmamazlıqlar aradan qaldırıldı, dövlət-din münasibətləri özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Mürəkkəb və ziddiyyətli şəraitdə siyasi hakimiyyətə qayıdan dahi rəhbər Heydər Əliyevin yüksək dövlətçilik təcrübəsi nəticəsində bu sahədə dönüş yaranmış, dövlətin strateji xətti müəyyən olunmuşdur. Ulu Öndərin dərin biliyi, yüksək idarəçilik təcrübəsi, uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərində yaranmış uçurum aradan qaldırılmışdır.

Keçidlər