Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ağstafada növbəti ağacəkmə aksiyası Köhnəqışlaq kəndində təşkil olunub.

13 aprel 2023 | 16:46

Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş aksiyada Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in və Polis Şöbəsinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində rayonun sərhəd yaşayış məntəqələrindən olan Könhəqışlaq kəndinin torpaq-iqlim şəraitinə uyğun olaraq 200 ədəd göyrüş ağacı əkilib. Yeni ağac tinglərinə zərurui aqrotexniki qulluq göstərilib və ərazidə müvafiq yaz qulluq tədbirləri həyata keçilib. 

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın ekoloji vəziyyətinin sağlamlaşdırılması istiqamətində gördüyü misilsiz xidmətlərdən, ətraf mühitin mühafizəsi üçün yürütdüyü ekoloji siyasətdən, eləcə də təbii sərvətlərdən səmərəli istifadə məsələlərinə göstərdiyi xüsusi diqqətdən bəhs olunub. Qeyd olunub ki, hazırda Ümummilli Liderin yaşıllaşdırma ənənələri irsini Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva layiqincə davam etdirirlər. Dövlətimiz tərəfindən ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.  

 

Keçidlər