Şriftin ölçüsü :

Saytın rəngi :

“2023-cü il Heydər Əliyev İli” çərçivəsində Ağstafada növbəti ümumrayon iməcliyi təşkil olunub

10 iyun 2023 | 11:58

Ağstafa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən növbəti ümumrayon iməcliyində aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların əməkdaşları və öz təşəbbüsləri ilə könüllü sakinlər iştirak ediblər. İməclik çərçivəsində Ağstafa şəhəri, Heydər Əliyev prospekti və H.Arif küçəsinin kəsişməsində şəhidlərimizin xatirəsinə yaradılmış xatirə kompleksi ətrafında abadlıq-quruculuq işləri görülüb, park və xiyabanlarda, prospekt, küçə və yol kənarlarındakı yaşıllıqlara mövsümə uyğun xüsusi qulluq göstərilib, zədələnən bordurlar bərpa olunaraq rənglənibdir. Rayon ərazisindən keçən dəmir yolu, eləcə də yaşayış məntəqələrini əlaqələndirən avtomobil yolları boyunca təmizlik tədbirləri görülüb, suvarma arxları məişət tullantılarından təmizlənib. aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların əməkdaşları və öz təşəbbüsləri ilə könüllü sakinlər iştirak ediblər. İməclik çərçivəsində Ağstafa şəhəri, Heydər Əliyev prospekti və H.Arif küçəsinin kəsişməsində şəhidlərimizin xatirəsinə yaradılmış xatirə kompleksi ətrafında abadlıq-quruculuq işləri görülüb, park və xiyabanlarda, prospekt, küçə və yol kənarlarındakı yaşıllıqlara mövsümə uyğun xüsusi qulluq göstərilib, zədələnən bordurlar bərpa olunaraq rənglənibdir. Rayon ərazisindən keçən dəmir yolu, eləcə də yaşayış məntəqələrini əlaqələndirən avtomobil yolları boyunca təmizlik tədbirləri görülüb, suvarma arxları məişət tullantılarından təmizlənib.

Keçidlər