Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü il “Heydər Əliyev İli” çərçivəsində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda tədbir keçirilib

15 aprel 2023 | 09:28

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ağstafa RİH-in Tədbirlər Planına uyğun olaraq  rayonun Heydər Əliyev Mərkəzinin böyük konfrans zalında “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda tədbir keçirilib. Tədbirdə RİH  başçısı aparatının, “Ağstafa Gənclər Evi” sosisal xidmət müəsisəsinin, rayon Gənclər və İdman idarəsinin, “Keşikçidağ” Dövlət Tarix Mədəniyyət Qoruğunun məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, eləcə də gənc könüllülər  iştirak ediblər.

Əvvəlcə Ümumilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd olunub ki, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı bu gün vətənpərvərlərin şüarına çevrilib. Vətəni, xalqı üçün çalışan, ürəyi torpaq, yurd sevgisi ilə döyünən nümunəvi fəaliyyəti, sadəliyi və səmimiliyi böyükdən-kiçiyə hər kəsin qəlbində ümummilli lider Heydər Əliyevə dərin məhəbbət hissi yaradıb. Vətənin mərd oğlu bütün çətinliklərə rəğmən xalqı öz arxasınca aparmağı, ölkəni düşdüyü böhran vəziyyətindən xilas etməyi bacarıb. Onun müdrikliyi, cəsarəti və vətən sevgisi gənclərimiz üçün örnəkdir.  

Keçidlər