Şriftin ölçüsü :

Saytın rəngi :

2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar Ağstafada “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı keçirilib

01 iyun 2023 | 17:18

Ağstafa şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafa Regional Mədəniyyət İdarəsinin və "Ağstafa Gənclər Evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən festivalda RİH başçısı Seymur Orucov, şəhidlərmizin və qazilərimizin övladları, ailə üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, körpələr evi-uşaq bağçalarının kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül-çiçək dəstələri düzülüb, Dahi Rəhbərin əziz xatirəsi sonsuz sevgi ilə yad edilib.

Uşaq festivalının təşkil olunduğu məkan uşaqların əl işlərindən ibarət sərgi və idman zonalarına bölünüb. Burada balacaların bir-birindən maraqlı və fərqli yaradıcılıq işləri, onların təqdimatında bədii kompozisiyalar, dama, karate, güləş idman növlərindən nümunələr böyük marağa səbəb olub.

Festivalda çıxış edən Seymur Orucov Ulu Öndər Heydər Əliyevin ölkəmizdə uşaqların sağlam, firəvan böyüməsi, onların hüquqlarının qorunmasına xidmət edən dövlət siyasətinin hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirildiyini bildirib, balacaları 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbirk edib.

Festival uşaqların təqdimatında Ulu Öndərə və Vətənə həsr olunmuş şeir və mahnılardan, milli rəqslərdən, rəngarəng əyləncəli kompozisiyalardan ibarət geniş konsert proqramı ilə davam etdirilib.

Festivalda uşaqların sevimli nağıl qəhrəmanları personajlarının iştirakı ilə təşkil olunan əyləncələr onların böyük sevincinə səbə olub. Sonda xatirə şəkilləri çəkdirilib.

Keçidlər