2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağstafada Kitab bayramı keçirilib
23 aprel 2025 | 15:45
Bayram tədbiri Ağstafa Rayon İcra Hakimiyyəti və Tovuz-Qazax Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ağstafa şəhəri, Səməd Vurğun adına istirahət parkında keçirilib.
İctimai-mədəni tədbirdə Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli Lider Heydər Əliyevin irsindən, eyni zamanda, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın həyat və fəaliyyətindən bəhs edən kitablar, milli nəşr mədəniyyətimizdən nümunələr, Azərbaycan klassiklərinin və çağdaş ədəbiyyatımızın, eləcə də dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, ağstafalı yazarların nəşrləri sərgilənib.
Ağstafa rayon İcra Başçısının müavini və İctimai – siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova öz çıxışında qeyd etdi ki, kitab mədəniyyəti hər bir xalqın ümumi mədəniyyətinin bir hissəsidir. O xalq böyükdür ki, onun kitaba mədəniyyəti daim artır. Ümummilli lider Heydər Əliyev deyirdi ki, kitablar hər bir xalqın ruhunun müqəddəs yazısıdır.
Tədbirdə çıxış edən digər natiqlər Kitab bayramının keçirilməsinin yüksək əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev kitaba, kitabxanaya, ədəbiyyata, milli-mənəvi dəyərlərimizə daim diqqət yetirib. Bunun nəticəsidir ki, Ulu Öndərin hakimiyyəti illərində bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binaları tikilib, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlər həyata keçirilib, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bütün zəruri addımlar atılıb. Hazırda bu sahənin təkmilləşdirilməsi və zənginləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin əsas prioritetləri sırasında xüsusi yer tutur.