Ramazan Bayramı münasibəti ilə bayram sovqatı paylandı
Ağstafa rayonu İcra hakimiyyəti tərəfindən dünya müsəlmanlarının müqəddəs Ramazan Bayramı münasibəti ilə rayonun aztəminatlı ailələrinə, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə bayram sovqatları paylanıldı.
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev yerlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşərək Ramazan Bayramlarını təbrik etdi. Səmimi söhbət zamanı şəhid ailələrinə və Qarabağ əlillərinə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan ətraflı bəhs edildi.
Bayram sovqatlarını qəbul edən sakinlər onlara hər zaman göstərilən yüksək qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Ümumilikdə 300 ailəyə bayram sovqatı paylandı.