Şriftin ölçüsü :

Saytın rəngi :

AzTV-nin yeni layihəsi olan Tovuz döyüşlərində şəhid olan oğulların analarına həsr olunmuş “Şəhid anaları” sənədli filmi ərsəyə gətirilib

24 avqust 2020 | 11:00

«Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin yeni layihəsi olan “Şəhid anaları” sənədli filmi Tovuz döyüşlərində şəhid olan qəhrəman vətən oğullarının analarına həsr olunub. Filmin ssenari müəllifi Afaq Əhmədova, qurluşçu rejissor Elnur Məmmədov, qurluşçu operator Cavid Əliyev, rejissorlar Elçin Ağayev, Niyazi Kərimov, səs rejissoru Əlabbas Qasımov, inzibatçı Alməmməd Nəbiyev və sürücü Kənan Əsgərovdur. Bu filmdə anaların böyüdüb boya-başa çatdırdığı oğullarının həyatlarından, göstərdiyi şücətlərdən və keçdiyi döyüş yolundan danışılır. Yaradıcı heyət çəkiliş aparan zaman şəhid ailələrində vətənə sevgi və böyük ruh yüksəkliyinin şahidi olublar. AzTV digər bölgələrdə, o cümlədən Ağstafa rayonunda  işini davam etdirərək “Şəhid anaları” sənədli filmini ərsəyə gətirə bilib. Şəhidliyin yeni bir tarixi səhifəsini yazdığına görə AzTV-yə və sənədli filmdə əməyi olan hər bir kəsə dərin minnətdarlığımızı bildirirk. Öz növbəsində çəkiliş heyəti regionda filmə dəstək və çəkilişlə bağlı bütün təşkilatçılığ işlərini üzərinə götürdüyünə görə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucova ayrıca təşəkkürünü bildirib.
Beləliklə, Tovuz döyüşü bir daha göstrədi ki, siyasi nüfuzu, güclü iqtisadiyyatı və qüdrətli ordusu olan bir dövlətin torpağına əl uzatmaq olmaz. Çünki torpaq müqəddəsdir.Bu torpaq və vətən yolunda neçə-neçə oğul və qızlarımız canını və qanını fəda edib. Əgər o torpaq uğrunda ölən varsa Vətəndir.Vətən isə bizim anamızdır.Biz anamızı qorumalıyıq! Təki Vətən sağ olsun!
Müharibə tarixmizin ən şanlı səhifələrindən biri olan Tovuz döyüşü kiçik bir məkanı əhatə etsə də, sanki dünyanın böyük bir mövzusuna çevrildi. Özünü azərbaycanlı və vətənini Azərbaycan hesab edən hər kəs yaşadığı ölkədə düşmənə özünün sərt üzünü göstərdi. Tovuz döyüşü həm də ermənilərə Azərbaycan adlı bir məmləkətin nə qədər böyük bir miqyasa sahib olduğunu bir daha sübut etmiş oldu. Əqidəsi düz,insanlığa sahib olan hər kəs dinindən və dilindən asılı olmayaraq haqqı və həqiqəti müdafiə edirdi. Ancaq özünün gücünə və qüdrətinə arxalanan Azərbaycan, niyyəti Qaraqayada olan düşmənə Qaraqayanın qara üzünü göstərə bildi. Azərbaycan ordusununu Qaraqayadan çəkilən nərəsi Ermənistana qara xəbərlərlə yayıldı. Düşmən tərəf verdiyi itkinin sayını hesabını bilmirdi. Qorxuya düşmüş ermənilərin fəryadı paytaxt İrəvanı ağuşuna almışdı. Azərbaycanda isə həmin vaxt əsgərdən generala hamı həmişə olduğu kimi səngəri özünə ev seçmişdi.Çünki evin sağlığı səngərin möhkəmliyindən başlayır.Tovuz döyüşü həm də onunla xarakteriza olunur ki, rütbəsindən asılı olmayaraq hər bir hərbiçi döyüş zamanı öz əsgərinin yanında olur, onunla çiyin-çiyinə vuruşur. General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəhidliyi Tovuz döyüşünü yaddaşlarda daha da möhkəmlətmiş oldu.
Bundan başqa, Mayor Namiq Əhmədov, Mayor Anar Novruzov, Baş leytenant Rəşad Mahmudov, Gizir Yaşar Babayev, Gizir İlqar Zeynallı, Çavuş Vüqar Sadıqov, Baş əsgər Elşad Məmmədov, Əsgər  Nazim İsmalıyov və Əsgər Xəyyam Daşdəmirov vətən yolunda qəhrəmancasına şəhid oldular. Həmin vaxt Azərbaycan xalqı qürurlu görünür və öz şəhidlərini böyük insan izdihamı qarşılayırdı.Dövlət xalqın, xalq da dövlətinin yanında idi.Böyükdən kiçiyə hamı külüngü bir yerə vururdu.Vətənin bövlüyü arzusunda olan hər kəs döyüş bölgəsinə yollananaraq Azərbaycan xalqının həmrəy olduğunu bir daha dünyaya nümayiş etdirirdi. Müharibənin təsir arealı coğrafi baxımdan yaxın olduğundan Tovuz, Qazax və Ağstafada daha çox hiss olunurdu. Hamı şəhidlərin cənazəsi və ruh qarşısında baş əyirdi. Şəhidlərin doğulub boya başa çatdığı evlər sanki bir ziyəratgaha çevrildi. Dövlətimiz yenə də öz vətəndaşına sahib çıxaraq şəhidlərin ailələrini tək qoymadı. Bütün ictimaiyyət şəhid ailələrinin yanında oldu və öz qayğılarının əsirgəmədilər.
Azərbaycan ordusu Aprel qələbəsindən və Cünnüt zəfərindən sonra Tovuz döyüşündə də düşmənə özünün hansı gücə sahib olduğunu bir daha göstərdi. Azərbaycanın və azərbaycanlıların gücünü nəinki Ermənistan, dünyada yaşayan bütün ermənilər yaxşı hiss etdi. Bütün cəhdlərə baxmayaraq düşmənin Qaraqaya ilə bağlı qara niyyətləri ürəklərində qaldı.
İndiki dövrdə səngərdə müharibəni udmaqla bərabər, informasiya müharibəsində də qalib olmaq vacibdir.Çünki dövləti bütün mövqelərdən qorumaq üçün ideoloji iş düzgün aparılmalıdır.Müharibə zamanı dövlətimiz bu işin öhdəsindən gələ bildi. Müharibə ilə bağlı informasiyalar o qədər dəqiqliklə təhlil olunrdu ki, həmin xəbərlərin qarşısında dezinformaiya yaymaq çətin idi.

Keçidlər