AzTV: Ağstafada Həsənsu nasos stansiyasının yenidən qurulması ilə üç kəndin əkin sahələri vaxtında və bol su ilə təmin olunur
https://www.youtube.com/watch?v=uhA-RCkpO38
Suvarmada yaranan çətinləiklər müxtəlif layihələr hesabına aradan qaldırılır. Ağstafada isə Həsənsu nasos stansiyasının yenidən qurulması ilə üç kəndin əkin sahələri vaxtında və bol su ilə təmin olunur. Bunun nəticəsində də yüksək məhsuldarlıq gözlənilir. Ağstafa rayonu Aşağı Göycəli kənd sakini Həmid Vəliyiyev 9 ha torpaq sahəsində taxıl, günəbaxan və bostan bitkiləri əkib. Bütün arqotexniki tədbirlər vaxtında görülüb. Bununla da bol məhsulun əsası qoyulub. Amma növbə suvarmaya çatanda problemlə üzləşib. Havaların quraqlıq keçməsi ilə əlaqədar sahədə çəkilən zəhmətin hədər getməsi təhlükəsi yarandığından dövlət başçısına müraciət edib. Bundan sonra çətinliyin aradan qaldırılması üçün tədbirlər görülüb. Kanala su gəldiyindən kəndin 350 ha əkin sahəsinin suvarlıması mümkün olub. Ona görədə indi hər hektardan 50-55 ton bostan məhsulu gözlənilir. Suvarmada yaşanan çətinlik Həsənsu çayı üzərindəki nasos stansiyasının əsaslı təmirindən sonra mümkün olub. 2000-ci ildə Aşağı Kəsəmən kəndinin 200 ha-ya yaxın əkin sahəsinin suvarılması üçün qurulan bir aqreqatlı nasos stansiyasının gücü təxminən üç dəfə artırılıb. İndi Həsənsu nasos stansiyasının hesabına Aşağı Kəsəmən kəndi ilə yanaşı Aşağı Göycəli və Göycəlinin də əkin sahələri də suvarılır. Gələcəkdə isə nasos stansiyasının gücü daha da artırılacaqdır. Hazırda Həsənsu nasos stansiyası ilə həm bostanlar həm də qarğıdalı sahələri suvarılır. Fermer Emin Məhərrəmov da taxıl yığımından sonra qarğıdalı əkdiyi sahəsini üçüncü dəfə suvarmağa hazılaşır. Fermer bildirib ki, Həsənsu nasosu və beton kanalların vasitəsi ilə əvvəlki illərə nisbətən daha tez həyata keçirilir. Ağstafa rayonunda ümumilikdə 18520 ha sahə arx suyu ilə suvarılır. Bunun üçün nasos stansiyalarının təmiri ilə paralel meliorativ tədbirlər də görülür. Su itkisinin qarşısının alınması üçün torpaq kanallara beton üzlük çəkilir. İndiyə kimi 165 km uzunluğunda suvarma arxı betonlanıb.