Dövlətimiz tərəfindən növbəti ağstafalı ailələrə heyvandarlıq təsərrüfatlarının qurulması üçün dəstək göstərilib
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, ölkəmizdə icrasına başlanılan özünüməşğulluq proqramına cəlb olunmuş işsiz və işaxtaran vətəndaşlara biznes-planlarına uyğun olaraq mal və materialların verilməsi işləri davam etdirilir. Ağstafa rayonunda da bu istiqamətdə icra olunan tədbirlər çərçivəsində daha altı aztəminatlı ailəyə heyvandarlıq təsərrüfatlarını qurmaq üçün xırda buynuzlu heyvanlar verilib. Vətəndaşlara verilən heyvanların sağlamlığına dair baytar arayışları təqdim edilib. Xırda buynuzlu heyvanlar təqdim olunarkən müvafiq aktlar tərtib olunub, vətəndaşlar verilən heyvanlardan razılıqlarını aktı imzalamaqla təsdiq ediblər. Ağstafalı ailələr onlara göstərilən bu cür yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə ediblər.
Aktivlərin paylanılması növbəlilik prinsipi əsasında həyata keçirilməklə il boyu davam etdiriləcək.