Eynallı kəndində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Eynallı kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Eynallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şakir Hüseynov Eynallı kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənddə görülmüş işlər, elektrik enerjisi, təbii qaz, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Sevil Mahmudova Eynallı kəndində uşaq bagçası üçün yeni binanın inşa edilməsini təklif etdi.
2. Hətəm Nəsibov Ağstafa-Köçəsgər avtomobil yolunun təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
3. Məqsəd Yusifov yüksək ğərginlikli Köçəsgər hava elektrik xəttinin Eynallı xəttindən ayrılması barədə danışdı.
4. Tahirə Rəhimova əhalini içməli su ilə təmin edən kəhrizin yaxınlığında olan piyada körpüsünün yenidən qurulmasını xahiş etdi.
5. Fidail Hüseynov sakinlərin təhlükəsizliyinin təmin edilməsi üçün kəndin ərazisindən keçən dəmir yolu xəttinin üzərində gözlənilən keçidin quraşdırılmasına ehtiyac olduğunu qeyd etdi.
6 Mövsüm Paşayev Eynallı kənd tam orta məktəbi qəzalı vəziyyətdə olduğundan, yeni məktəb binasının inşa edilməsinin vacib olmasını qeyd etdi.
7. Teyyub Hüseynov kəhrizin ətrafının abadlaşdırılması və təmir işlərinin aparılmasına ehtiyac olduğunu bildirdi.
8. Kamandar Qəhrəmanov bacısı uşağının işlə təmin edilməsini xahiş etdi.
9. Tacəddin Əliyev idarə binasının yaxınlığında olan təhlükə yarada biləcək iri gövdəli qovaq ağaclarının zərərsizləşdirilməsi barədə danışdı.
10. Afət Şükürova yeni məhəllədə yolların təmir edilməsini xahiş etdi.
11. Fəxrəddin Məmmədov Acı adlanan çöl torpaq sahəsini suvarma suyu ilə təmin edən mərkəzi arxın təmizlənməsini təklif etdi.
12. Rəşad Bayramov Göl yeri adlanan əraziyə metal boru vasitəsi ilə çəkilmiş suvarma su xəttinin 300 metr artırılmasına ehtiyac olduğunu qeyd etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Ağstafa rayonunda bütün sahələr üzrə inkişaf dinamik sürətlə davam edir. Yaxın vaxtlarda Eynallı kəndində 300 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanılacaqdır.
Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.