Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada “Könüllülər kuboku” proqramı çərçivəsində şahmat üzrə zona mərhələsinin qalibləri müəyyənləşib

04 sentyabr 2020 | 11:00

Ağstafada  “Könüllülər  kuboku”nun proqramına daxil edilmiş şahmat idman növü üzrə rayonun yeniyetmə və gəncləri arasında birincilik keçirilib. Rayon Gəcnlər və İdman İdarəsinin təşkilatçılığı ilə keçən yarış pandemiya dövrünün  qaydalarına uyğun formada açıq hava şəraitində, tələb olunan sosial məsafəyə əməl edilməklə təşkil olunub. Reqlamentə uyğun olaraq yarışda 16-29 yaş qrupu üzrə otuz nəfər iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın yekununda müvafiq yaş qrupları üzrə 1-ci yerə Cəfərov Elcan Etibar oğlu və Musayev Amin Adil oğlu, 2-ci yerə Pirquluyev  Elvin Namiq oğlu və Məlikzadə Munis Şirin oğlu, 3-cü yerə isə Həsənov Bakıxan İlqar oğlu və İbrahimov Ramil Hüseyn oğlu layiq olublar. Qeyd olunan iştirakçılar Ağstafa rayon Gənclər və İdman idarəsinin müvafiq diplom və hədiyyələri ilə təltif olunublar.

Ağstafada “Könüllülər kuboku” proqramı çərçivəsində bundan əlavə növbəti idman növləri basketbol, yüngül atletika və mini futbol üzrə keçiriləcək yarışların keçirilməsində məqsəd pandemiya dövründə karantin rejiminin qaydalarına uyğun yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, eləcə də bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunmasından ibarətdir.​

Keçidlər