Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərimizin xatirəsinə həsr olunmuş “Növbəti zəfər səhifəmiz” adlı onlayn tədbir keçirilib

08 sentyabr 2020 | 11:00

Yeni Azərbaycan Partiyasının Ağstafa, Qazax və Binəqədi Rayon Təşkilatları Gənclər Birliklərinin təşəbbüsü, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə 2020-ci ilin iyul ayında Ermənistan silahlı bölmələrinin Tovuz  istiqamətində təxribatı nəticəsində gedən döyüşlərdə vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş “Növbəti zəfər səhifəmiz” adlı onlayn tədbir keçirilib. Onlayn tədbirə həmçinin şəhidlərimizin doğmaları və təşkilatçı rayonlardan olan bir sıra fəal gənclər qatılıblar.  YAP Binəqədi rayon təskilatının sədri Ramiz Göyüşov və Gənclər Birliklərinin sədrləri  Elvin İmaməliyev, Kənan Hüseynli, Fəsli Nəbiyev şəhidlərimizin göstərdikəri sücayətdən və keçdikləri şərəfli döyüş yolundan geniş söz açıblar. Şəhidlərimiz mayor Namiq Əhmədovun qardaşı Natiq Əhmədov, gizir Yaşar Babayevin atası Vasif Babayev, çavuş Vüqar Sadıqovun oğlu Yaşar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu Elçin Mustafazadənin qardaşı İlkin Mustafazadə, əsgər Nazim İsmayılovun atası Əfqan İsmayılov bütün şəhidlərin  qisaslarının alınacağını və torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə əmin olduqlarını bildiriblər.

Keçidlər