Şriftin ölçüsü :

Saytın rəngi :

"Ağstafanı seyr edək" adlı foto müsabiqənin qalibləri müəyyən olunub

08 sentyabr 2020 | 11:00

06-17 avqust 2020-ci il tarixlərində Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Təşkilatı Gənclər Birliyi, Ağstafa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə  "Ağstafanı seyr edək" adlı foto müasbiqənin qalibləri müəyyən olunub. Müsabiqədə ümumilikdə yüz nəfərdən artıq ağstafalı gənc və yeniyetmə Ağstafa ilə bağlı çəkdikləri müxtəlif foto şəkillərlə iştirak ediblər. Müsabiqənin nəticələrinə əsasən Aşağı Kəsəmən kənd sakini Əhmədov Samir Binnət oğlunun cəkdiyi foto 1-ci yerə, Poylu kənd sakini Seyidov Vurğun Nadir oğlunun çəkdiyi foto 2-ci yerə, Poylu kənd sakini Bayramov Cövlan Alı oğlunun cəkdiyi foto isə 3-cü yerə layiq görülüb. Qaliblər təşkilatçılar tərəfindən müvafiq diplom və hədiyyələrlə təltif olunublar.

Keçidlər