Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirildi

15 avqust 2013 | 10:00

14 avqust 2013-cü il tarixdə Ağstafa şəhər 3-saylı tam orta məktəbin idman zalında yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon birinciliyi keçirildi. 
Birinciliyə Ağstafadan əlavə üç rayonun da qatılması turnirin daha maraqlı və gərgin mübarizə şəraitində keçməsinə səbəb oldu. Turnirdə Ağstafa, Tovuz, Qazax, Goranboy rayonlarından 120 yeniyetmə idmançı öz qüvvəsini sınadı. Nəticədə xal hesabına əsasən Ağstafa birinci, Qazax ikinci, Goranboy rayonunun komandası isə üçüncü yerə layiq görüldülər. Yüksək yerləri tutmuş idmançılar ayrı-ayrılıqda həvəsləndirici hədiyyələrlə təltif edildilər.

Keçidlər