Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafanın sərhəd kəndlərində birinci sinif şagirdlərinə məktəbli ləvazimatları hədiyyə olunub

16 sentyabr 2020 | 11:00

 15 sentyabr Bilik Günü ilə əlaqədar olaraq Ağstafa rayonunun düşmənlə həmsərhəd kəndlərində Köhnəqışlaq və Yaradulluda ilk dəfə məktəbə qədəm qoyan birincilərlə görüş keçirilib. Birincilərə gələcək təhsillərində böyük müvəffəqiyyətlər arzu olunub və məktəbli ləvazimatları paylanılıb. Köhnəqışlaq kənd tam orta məktəbinin direktoru Mahirə Əsgərova və Yaradullu kənd ümumi orta məktəbin direktoru İlahə Novruzova müəllim və valideynlər adından onlara hər zaman göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.

Keçidlər