Qış mövsümünə hazırlıq ilə bağlı Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi
Ağstafa rayonu Heydər Əliyev Mərkəzində rayon təşkilatlarının və əhalinin cari ilin qış mövsümünə hazırlığı ilə bağlı görülən işlər haqqında Ağstafa rayonu İcra hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirildi.
Şuranın iclasına sədrlik edən Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qeyd etdi ki, son 3 ildir rayon təşkilatlarının və əhalinin qışa hazırlığı vəziyyətinin müzakirəsinin geniş formatda ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilməsi artıq öz müsbət nəticələrini verib. Ötən illər ərzində yığılıb qalmış problemlərin həlli təmin edilmiş, yaşayış binaları və məktəblərin istilik sisteminə qoşulması həyata keçirilmişdir. Lakin bəzi məsələlər qalır ki, onların da aradan qaldırılması təmin ediləcəkdir.
2013/2014-cü ilin qış mövsümünün hazılrığı vəziyyəti barədə rayonun baş memarı Sənan Mustafayev məruzə ilə çıxış etdi. Məruzə ətrafında təhsil (V.Vəliyev), səhiyyə (İ.Mustafayev), mədəniyyət (G.Kərimov) şöbələrinin müdirləri, rayon İstilik Təhcizat sahəsinin rəisi N.Həsənovun, rayon Qaz İstismar İdarəsinin baş mühəndisi T.Hüseynovun, rayon Elektrik Şəbəkəsinin baş mühəndisi M.Qaragözovun, “Sukanal” İdarəsinin rəisi Ş.Niyazovun arayışları dinlənildi.
Rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev qışa hazırlıqla bağlı mövcud problemlərin aradan qaldırılması istiqamətində müvafiq sahə rəhbərləinə tapşırıq və tovsiyələrini verdi.
Şura iclasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Mirzai Məzahir İsrafil oğluna medal və vəsiqə təqdim edildi.
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 20-ci ildönümü və peşə bayramı münasibəti ilə İxrac Neft-Qaz Boru Kəmərinin Təhlükəsizlik İdarəsinin Ağstafa regional şöbəsinin bir qrup əməkdaşı Ağstafa rayon İcra hakimiyyətinin “Fəxri Fərmanı” ilə təltif edildi.