Şriftin ölçüsü :

Saytın rəngi :

Əsgərimizin yarası hər bir azərbaycanlının yarasıdır...

02 oktyabr 2020 | 11:00

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan yeni hücumu, hərbi təxribatı zamanı yaralanan və Mərkəzi Hərbi Klinik Hospitalda müalicə alan hərbçilərimizlə görüşüb. Sentyabrın son günü baş tutan bu görüş özündə bir sıra başlanğıcları ehtiva edir – torpaqlarımız azad olunur, yeni dönəm başlayır... Sentyabr uğurlu başlanğıclarla öz yerini daha uğurlu nəticələrinə inandığımız oktyabra verir. Və məhz ayların bu “təhvil-təslim günü”ndə duyğulu anlar yaşadıq; dövlətimizə bir daha güvəndik, bir daha qürurlandıq! Yeni aya yeni duyğular və dərin inamla daxil olduq! Mən duyğu sözünü təsadüfən işlətmirəm. Hind mütəfəkkir dövlət xadimi Mahatma Qandinin sözlərini xatırlatmaq istərdim: “Duyğularınıza diqqət edin – düşüncənizə çevrilir, düşüncənizə diqqət edin – fikrinizə çevrilir, fikrinizə diqqət edin – nitqinizə çevrilir, nitqinizə diqqət edin – hərəkətinizə çevrilir, hərəkətinizə diqqət edin – xarakterinizə çevrilir, xarakterinizə diqqət edin – o sizin taleyinizə çevrilir”! Qarabağ bizim taleyimizdir! Zamanında məcburən Qarabağdan çəkiləndə də Qarabağ bizdən çəkilmədi – ruhumuza hakim oldu! – İndi özümüzün olana dönürük, bizim olanı almağa gedirik! Müzəffər şəkildə gedirik, inamla irəliləyirik! Duyğuyla getdiyimiz, düşüncəsini yaratdığımız, fikrən təmin etdiyimiz və nəhayətdə hərəkətə keçdiyimiz müqəddəs yoluda həm bizim xarakterimiz doğulur, həm o yol özü xarakterimizin müəyyənləşdirdiyi yol olur! Xaraktersiz mübarizə tarixcəsinə malik olan, əsilsiz savaş aparan Ermənistansa heç zaman Qarabağı öz taleyinə çevirə bilmədi! Zatən bu, mümkün də deyildi!

Keçidlər