Şriftin ölçüsü :

Saytın rəngi :

Makronun bəyanatı Fransanın münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir

03 oktyabr 2020 | 11:00

Sülh prosesini tənzimləməli olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransa bu gün Yerevandan daha çox canfəşanlıq edir. Fransa prezidenti Emmanuel Makron daha irəli gedərək “Qarabağın yenidən "ələ keçirilməsini" qəbul etməyəcəyik” bəyanatını verir. Öz doğma torpaqlarını azad etmək iradəsini ortaya qoyan Azərbaycanı terrorçularla işbirliyində suçlamağa cəhd edən Fransa bu işdə Türkiyənin də iştirakçılığını dəlilsiz, sübutsuz bəyanatlarla səsləndirir. Fransa Prezidentinin hərbi əməliyyatların başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır.

Əslində tarixi vərəqlədikdə hər şey aydın olur. Ancaq Makron bilməlidir ki, Ermənistanın yaşayış məntəqələrini, mülki əhalini qəsdən hədəfə alması beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud surətdə pozulmasıdır. Ermənistan hərbi-siyasi rəhbərliyinin uzun müddət hazırlaşdığı və Azərbaycana qarşı başlatdığı hücum hazırda bütün cəbhə boyu davam edir. Bu, beynəlxalq hüququn ayaqlar altına atılması və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır. Ermənistan rəhbərliyinin növbəti hərbi təxribatı onun sülhə və regionun təhlükəsizliyinə düşmən kəsildiyini bir daha əyani şəkildə sübuta yetirir. İşğal etdiyi Azərbaycan torpaqlarını azad etmək haqqında BMT Təhlükəsizlik Şurasının, müxtəlif beynəlxalq təşkilatların çoxsaylı qətnamələrinə və çağırışlarına məhəl qoymayan Ermənistan nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada sülhə və təhlükəsizliyə ən böyük təhlükəyə çevrilib. Təəssüf ki, bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonuna hərbi təcavüzünə işğalçı Ermənistanın silahlı hücumuna, qanunsuz əməllərinə beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə BMT Təhlükəsizlik Şurası, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Human Right Watch, Amnesty International, Freedom House və digərləri tərəfindən adekvat qiymət verilsəydi və təcavüzkar cəzalandırılsaydı, indi biz Ermənistanın növbəti təcavüzünün şahidi olmazdıq. Buna görə də biz xarici dövlət başçılarını, beynəlxalq təşkilatlarını Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü qəti şəkildə pisləməyə, Ermənistanın yeni işğal niyyətini durdurmaq üçün təsirli addımlar atmağa və təcavüzkarı cəzalandırmağa çağırırıq. Ermənistanın müharibə cinayətlərinin davam etməsinə, Azərbaycana qarşı başladığı yeni hərbi təcavüzə, beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğuna və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi məlum qətnamələrini yerinə yetirmədiyinə görə beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır. Beynəlxalq hüquq ərazi işğal edən dövləti həmin ərazidə beynəlxalq hüquq normalarının pozulmasına görə tam məsul görür. Bu cinayətin cəzasız qalması isə beynəlxalq təşkilatların məsuliyyəti olacaqdır.

Əminliklə deyə bilərik ki, cənab Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli ordumuzun şücaəti nəticəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “Qoy, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusu yaxın zamanda reallığa çevriləcək. Allah ordumuzu qorusun!

Keçidlər