Poylu qəsəbəsində növbəti səyyar qəbul-görüş
Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Poylu qəsəbəsində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Poylu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rüstəm Quliyev Poylu qəsəbəsi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. İbrahim İbrahimov qəsəbədaxili yolların təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
2. Gülnaz Məmmədova karyer adlanan məhəllədə yararsız elektrik dayaqlarının yenisi ilə əvəz edilməsini xahiş etdi.
3. İbrahim Ələkbərov qəsəbəyə verilən təbii qazın təzyiqinin az olması barədə danışdı.
4. Allahverdi Allahverdiyev iş yerlərinin açılmasının vacibliyini qeyd etdi.
5. Sədaqət Rzaquliyeva Poylu qəsəbə tam orta məktəbinin əsaslı təmir edilməsini təklif etdi.
6. Maarif Hüseynov Qarabağ müharibəsi əlillərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binasının inşa edilməsini təklif etdi.
7. Rövşən Hacıyev yeni məhəlləyə təbii qaz xəttinin çəkilməsini xahiş etdi.
8. Könül Məmmədova ərazidə bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
9. Camal Məmişov nümayəndəlik üçün yeni inzibati idarə binasının inşa edilməsinə ehtiyac olduğunu bildirdi.
10. Rauf. Vəliyev qəsəbədə mərkəzi küçənin işıqlandırılmasını təklif etdi.
11. Mələk Hüseynova qəsəbədə yeni uşaq bağçasının inşa edilməsinin vacibliyi barədə danışdı.
12. Zahid Rəhimov qəsəbədə poçt şöbəsi üçün yeni binanın inşa edilməsini təklif etdi
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, qəsəbədə cari ildə poçt şöbəsi üçün yeni binanın inşa edilməsi nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.