Şriftin ölçüsü :

Saytın rəngi :

Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb

04 oktyabr 2020 | 11:00

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, artıq həmin postda Azərbaycan Bayrağı dalğalanır.

Xatırladaq ki, Mübariz İbrahimov təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Keçidlər