“Səyyar ASAN” xidməti 05.10.2020-ci il tarixdən 03.11.2020-ci il tarixədək Ağstafada vətəndaşlara səyyar xidmət göstərir
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "ASAN xidmət" Mərkəzinin “Səyyar ASAN Qatar” xidməti 5 oktyabr 2020-ci il tarixdən 3noyabr 2020-ci il tarixədək Ağstafa rayonunda vətəndaşlara səyyar xidmət göstərir.
Ünvan: Ağstafa şəhəri, Rafiq Alıcanov küçəsi, Ağstafa Dəmiryolu stansiyası.
Əlavə məlumat üçün “108” Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
Göstəriləcək xidmətlər:
Ədliyyə Nazirliyi üzrə:
• Notariat fəaliyyəti;
• Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.
Daxili İşlər Nazirliyi üzrə:
• Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
• Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Dövlət Sosial Müdafiə Fondu üzrə:
• Əmək pensiyalarının təyin edilməsi;
Əmlak Məsələləri Dövlət Xidməti üzrə:
• Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) və texniki pasportların verilməsi
• Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların və texniki pasportların verilməsi;
• Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüqüqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.
Funksional yardımçı xidmətlər üzrə:
• Bankxidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu);
• Tibb xidmət;
Qeyd:Səyyar "ASAN Qatar" həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) fəaliyyət göstərir.