Şriftin ölçüsü :

Saytın rəngi :

“Mahir atıcı” devizi altında gənclər arasında pnevmatik silahdan güllə atıcılığı üzrə açıq rayon birinciliyi keçirildi.

24 avqust 2013 | 10:00

23 avqust 2013-cü il tarixdə Ağstafa rayon Gənclər Mərkəzinin “Pnevmatik və interaktiv atıcılıq” zalında rayon gəncləri arasında pnevmatik silahdan güllə atıcılığı üzrə açıq rayon birinciliyi keçirildi. Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə təşkil edilmiş birinciliyə rayon gəncləri olduqca böyük maraq göstərdilər. Yarışın əsas məqsədi yeniyetmələr və gənclər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək, milli vətənpərvərlik ruhunu aşılamaq və gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunmasını təbliğ etməkdən ibarət idi.
Gərgin mübarizə şəraitində keçən birinciliyin yekun nəticələrinə əsasən 1-ci yerə Köhnəqışlaq kənd sakini Faiq Mədətov, 2-ci yerə Vurğun qəsəbə sakini Fazil Məmmədli və 3-cü yerə Ağstafa şəhər sakini Kənan Həsənzadə layiq görüldülər. Yaxşı nəticə göstərən gənclərə Ağstafa rayon Gənclər və İdman İdarəsinin “Fəxri Fərman”ları, müxtəlif həvəsləndirici hədiyyələr təqdim edildi.

Keçidlər