Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər arasında “Qol güləşi” üzrə Ağstafa rayon birinciliyi keçirildi

26 avqust 2013 | 10:00

25 avqust 2013-cü il tarixdə Ağstafa rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ağstafa şəhəri 2- saylı tam orta məktəbində qol güləşi üzrə Ağstafa rayon birinciliyi keçirildi.
Yarışda Ağstafa rayonui ilə yanaşı Qazax və Tovuz rayonlarının gənc qol güləşçiləri də iştirak edirdilər. Yarışın keçirilməsində əsas məqsəd qol güləşi üzrə Respublika çempionatına hazırlıq və region gənclərinin asudə vaxtlarının səmərəli təşkilindən ibarət idi. Birinciliyin yekun nəticələrinə əsasən komanda hesabında Ağstafa 1-ci, Qazax 2-ci, Tovuz  rayonu isə 3-cü yerə layiq görüldü. Yüksək yerləri tutan idmançılar müvafiq “Fəxri Fərman”lar və müxtəlif hədiyyələrlə təltif olundular.
Ümumilikdə yarış gərgin mübarizə şəraitində keçdi.

Keçidlər