Şriftin ölçüsü :

Saytın rəngi :

Düzqışlaq kəndində növbəti səyyar qəbul-görüş

30 avqust 2013 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev rayonumuzun Düzqışlaq kəndində növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Düzqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Tağıyev Düzqışlaq kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qeyd edildi ki, Düzqışlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik Düzqışlaq və Kolayır kəndlərini əhatə edir. Kənddə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Yusif Zeynalov evinin yaxınlığında olan subartezian quyusunun transformatorunun təmir edilməsinə ehtiyac olduğunu qeyd etdi.
2. Tural Aşurov həyətyanı torpaq sahəsinin qarşısından keçən suvarma arxının üzərində keçidin quraşdırılmasını xahiş etdi.
3. Məhərrəm Həsənov Kolayır kəndində bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
4. Əli Hüseynov kəndin suvarma su təminatının yaxşılaşdırılması barədə danışdı.
5. Yanvar Bayramov kəndə təbii qazın verilməsinin vacibliyindən danışdı.
6. Etibar Abbasov kəndin elektrik yağ açarının bərpa edilməsini xahiş etdi.
7. Lalə Məmmədova Düzqışlaq-Kolayır avtomobil yoluna asfalt örtüyünün salınmasını təklif etdi.
8. Şıxı Niyazov mənzilinin təmirinə köməklik edilməsini xahiş etdi.
9. Telman Abbasov Düzqışlaq kəndinin Bəvəlli məhəlləsində bir ədəd subartezian quyusunun qazılmasını təklif etdi.
10. Eldar Mustafayev ərazidə olan yararsız rabitə dirəklərinin yenisi ilə əvəz edilməsinə ehtiyac olduğunu qeyd etdi.
11. Rizvan Bəxtiyarov kəndin Bozardı məhəlləsində yolun təmir edilməsini xahiş etdi.
12. Gözəl Abbasova oğlunun işlə təmin edilməsini xahiş etdi.
13. Qulu Niyazov yeni çəkilmiş Poylu-Düzqışlaq-Kolayır-Qazax avtomobil yolunda yol birləşmələrinə asfalt örtüyünün qoyulmasını təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı şəhəri ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı. Qeyd olundu ki, Ağstafa çayının sol sahil yaşayış məntəqələrinin əhalisi üçün həyati əhəmiyyət kəsb edən Poylu-Düzqışlaq-Kolayır-Qazax avtomobil yolunun yenidən qurulması başa çatmaq üzrədir. Yaxın vaxtlarda Düzqışlaq kəndinə təbii qazın verilməsi nəzərdə tutulmuşdur.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər