Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan döyüş meydanında da öz üstünlüyünü nümayiş etdirir

21 oktyabr 2020 | 11:00

Azərbaycan nizamlama prinsiplərinə hər zaman sadiq olub. Vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan növbəti gün hərbi əməliyyatları dayandırmağa hazır olduğunu dəfələrlə bəyan edib. Ermənistan rəhbərliyi baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib:

Birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Azərbaycan tərəfindən bu iradə var. Azərbaycan öz mövqeyini bir daha təsdiq edir. Ərazilərimiz işğaldan azad olunur, Ermənistan ordusu isə fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında da öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə Azərbaycan, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək, bu məsələni siyasi yolla həll etməyə hazırdır. Amma bütün bunların fonunda Ermənistanın işğal etdiyi ərazilər geri qaytarılmalıdır. Bütün məsələlər baza prinsiplərində dəqiq müəyyən edilib. Azərbaycan baza prinsiplərinə sadiqdir. Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılmasını özündə ehtiva edir. Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa qaytarılması - bütün bunlar baza prinsiplərində yazılıb. Azərbaycanın şanlı Ordusu status-kvonu dəyişdi. Bu gün status-kvonu Azərbaycan Ordusu dəyişib. Yəni, artıq status-kvo yoxdur, təmas xətti yoxdur. 

Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv edilib. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. 

36 tankı qənimət götürülüb, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğuları məhv edilib. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu gün, Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar Azərbaycanın əsgərləri və zabitləridir. Ehtiyatda olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşçüsü var. 

Keçidlər