Şriftin ölçüsü :

Saytın rəngi :

Seymur Orucovun iştirakı ilə Ağstafada koronavirus infeksiyasına qarşı reydlər, maarifləndirmə və tibbi profilaktik tədbirlər keçirilib

25 oktyabr 2020 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur  Orucovun, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin və YAP Ağstafa Rayon Təşkilatının könüllülərinin iştirakı ilə ticarət və ictimai-iaşə obyektlərində reydlər,  Ağstafa şəhərinin mərkəzi küçə və meydanlarında, eləcə də ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə maarifləndirici söhbətlər aparılıb. Vətəndaşlara könüllülər tərəfindən metodiki təlimatlar və tibbi maskalar paylanılıb. Sakinlərə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, gigenik qaydalara düzgün riayət olunması tövsiyə olunub. Reydlər zamanı, həmçinin aidiyyəti qurumların, ictimai-iaşə obyektlərinin və ərzaq mağazalarının rəhbərlərinə karantin rejiminin tələblərinə ciddi əməl olunması barədə göstərişlər verilib.
Xüsusi dezinfeksiyaedici məhlullarla prospekt və küçələr yuyulub. İctimai nəqliyyat vasitələri, yaşayış binalarının ümumi istifadə yerləri, giriş blokları, konteyner meydançaları dezinfeksiya olunub.

Keçidlər