Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhəri 20 yanvar və Ş.Qurbanov küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüş

05 sentyabr 2013 | 10:00

Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ağstafa şəhəri 20 yanvar və Ş.Qurbanov küçələrinin sakinləri ilə növbəti səyyar qəbul-görüşünü keçirdi.
Görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Ağstafa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nəriman Hacıyev Ağstafa şəhəri barədə iclas iştirakçılarına geniş məlumat verdi. Şəhərdə son zamanlarda görülmüş işlər, elektrik enerjisi, təbii qaz, içməli su təminatı, aparılmış quruculuq və abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Sonra çıxışlar oldu.
1. Dilşad Verdiyeva 20 yanvar və Ş.Qurbanov küçələrinə asfalt örtüyünün salınmasının tezləşdirilməsini xahiş etdi.
2. Həsən İsmayılov 20 yanvar küçəsində insanların təhlükəsizliyinin və piyada hərəkətinin tənzimlənməsi üçün səkilərin düzəldilməsinə ehtiyac olduğunu qeyd etdi.
3. Elçin Misirov hər iki küçədə müasir tipli elektrik dayaqlarının quraşdırılması barədə danışdı.
4. İlqar Məhərrəmov iş yerlərinin açılmasının vacibliyindən danışdı.
5. Heyranə Məmmədova Ş.Qurbanov küçəsində yerləşən 23 və 24 saylı beşmərtəbəli yaşayış binalarının bloklarının təmir edilməsini təklif etdi.
6. Səkinə Əsədova Ş.Qurbanov küçəsindəki 23 saylı beşmərtəbəli yaşayış binasındakı blokların işıqlandırılmasını xahiş etdi.
7. Kamandar Tağıyev şəhərdə Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın inşa edilməsini təklif etdi.
8. İradə Süleymanova 23 və 24 saylı beşmərtəbəli yaşayış binalarına içməli suyun verilmə müddətinin artırılmasını xahiş etdi.
9. Cəfər Sarıyev 20 yanvar küçəsində yerləşən iki mərtəbəli çoxmənzilli yaşayış binalarının dam örtüyünün dəyişdirilməsinə ehtiyac olduğunu qeyd etdi.
10. Mülkədar Carcıyev 23 və 24 saylı beşmərtəbəli yaşayış binalarının həyətində toplanan məişət tullantılarının vaxtında yığılaraq daşınmasının təmin edilməsi və həyətə məişət tullantılarının yığılması üçün qabların qoyulması barədə danışdı.
11. Qurban Məmmədov şəhər məscidinin ətrafında qəzalı vəziyyətdə olan evlərdə yaşayan vətəndaşların dövlət hesabına yeni mənzillərlə təmin edilməsinə ehtiyac olduğunu bildirdi.
12. Səkinə Əsədova Mərkəzi kitabxana darısqal və şəraitsiz olduğundan, yeni kitabxana binasının inşa edilməsini təklif etdi.
Səyyar qəbul-görüşü yekunlaşdıran Ağstafa RİH-nin başçısı cənab Məhərrəm Quliyev  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitliyin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etməsindən söz açdı. İcra başçısı daha sonra Ağstafa rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı, kəndlərin infrastrukturunun yaxşılaşdırılması üçün görülən tədbirlərdən söz açdı, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasından ötrü onlara milli-mənəvi dəyərlərimizi aşılamağın, gənclərimizi torpağa məhəbbət ruhunda tərbiyə etməyin vacibliyini vurğuladı. Qeyd edildi ki, hazırda Ağstafa şəhərində tikinti, quruculuq və abadlıq işləri davam etdirilir. Belə ki, Ağstafa şəhərində kommunal şəraiti dözülməz olan ailələr üçün 86 mənzilli bütün lazımi avadanlıqlarla təmin olunacaq binaların tikintisi başa çatmaq üzrədir. M.Ə.Rəsulzadə, R.Alıcanov və  Ü.Hacıbəyov küçələrində quruculuq işləri tam başa catmış və əhalinin istifadəsinə verilmişdir. Yaxın vaxtlarda R.Əsədov və M.Allahverdiyev küçələrinin yenidən qurulmasına başlanılacaq.
Cənab Məhərrəm Quliyev sonda sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.

Keçidlər