Şriftin ölçüsü :

Saytın rəngi :

9 noyabr - Azərbaycan Dövlət Bayrağı Günü Ağstafada qeyd olunub

09 noyabr 2020 | 11:00

Ağstafada Dövlət Bayrağı Günü qeyd olunub. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur  Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və bir sıra məsul şəxslər iştirak ediblər. Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzinin qarşısında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndərimizin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliye Mərkəzinin muzey salonlarına ekskursiya olunub. Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlərə tamaşa ediblər. Mərkəzdə həmçinin rayonun yeniyetmə və gəncləri arasında Dövlət Bayrağı Gününə həsr olunmuş inşa müsabiqəsinin qalibləri də mükafatlandırılıblar. Qaliblərə müvafiq fəxri fərman və hədiyyələr təqdim olunub.

Keçidlər