Şriftin ölçüsü :

Saytın rəngi :

MÜZƏFFƏR ALİ BAŞ KOMANDANIN QƏLƏBƏSİ AĞSTAFADA TƏNTƏNƏ İLƏ QEYD OLUNUR

10 noyabr 2020 | 11:00

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı bəyanatla Müzəffər Ali Baş Komandan İlham Əliyev yeni tarix yazdı. Bu bəyanatın imzalanması Prezidentimizin apardığı uğurlu siyasətin nəticəsidir. Sentyabrın 27-dən başlayaraq cəmi 44 gün ərzində torpaqlarımızın mənfur düşmənin işğalından azad edilməsi ilə nəticələnən tarixi qələbəmiz ölkəmizin bütün yerlərində olduğu kimi Ağstafada da böyük təntənə ilə qeyd olunur. Bu münasibətlə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə ümumrayon tədbiri keçirilib. Bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov başda olmaqla rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. İlk öncə tədbir işitrakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Keçidlər