Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı qələbə günümüzdə Ağstafada şəhidlərimiz yad edilib

10 noyabr 2020 | 11:00

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gecə şanlı qələbəmizi və Ermənistanın kapitulyasiyasını elan etdikdən sonra  minlərlə vətəndaşımız ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş, erməni işğalçıları ilə döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanlarına axışıb. Ağstafada da Rayon İcra Hakimiyyətinin başçısı və rayon ictimaiyyətinin nümayəndələri Ağstafa Rayon Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin xatirəsini ehtiramla anıblar.

 

 

Keçidlər