Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa şəhərində qərb bölgəsinin ağsaqqalları və gəncləri ilə görüş keçirilmişdir

10 sentyabr 2013 | 10:00

09 sentyabr 2013-cü il tarixdə Azərbaycan Ağsaqqallar Şurasının, Qafqaz Müsəlmanları İdarəsininvə Ağstafa rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağstafa şəhərindəki  “Yazışılar evi”ndə Ağstafa, Qazax, Tovuz, Gədəbəy və Şəmkir rayonlarının ağsaqqalları və gəncləri ilə görüş keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Ağstafa şəhərindəki abidəsi önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.
          Tədbiri açan Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Azərbaycanın inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən söz açmışdır. Bildirilmişdir ki, Ulu Öndərin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmiz bütün sınaqlardan üzü ağ çıxmış və dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrilmişdir. O, həmçinin respublikada, o, cümlədən Ağstafada həyata keçirilən irimiqyaslı layihələrdən söz açmışdır.
          Tədbirin əhəmiyyətindən danışan Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bildirmişdir ki, ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk illərində ölkə rəhbərliyinə qayıdışı ilə xalqımızı fəlakətdən xilas etmiş, onun həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın dünyada nüfuzu artmışdır. Hazırda Ümummilli Liderin müdrik daxili və xarici siyasət kursu  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diqqətə çatdırmışdır ki, bütün ömrünü Azərbaycan xalqına həsr etmiş ulu öndər Heydər Əliyevin hər sözü, açdığı uğurlu yol bu gün ağsaqqalların və gənclərimizin həyat amalına çevrilmişdir. Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov ölkəmizin inkişafında ağsaqqalların və gənclərin rolundan da geniş söhbət açmışdır.
           Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirmişdir ki, Heydər Əliyev böyük şəxsiyyətdir və Ulu Öndərin yolu daim gələcəyə aparan yoldur. Şeyxülislam ağsaqqalların həmişə xalqın ən çətin anlarında uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırmışdır.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi Dini Şuranın sədri akademik Vasim Məmmədəliyev, üzvləri  akademik Teymur Bünyadov, Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri Ziyad Səmədzadə, İsrafil İsrafilov,  professor Qəzənfər Paşayev, Milli Məclisin üzvü  Cavanşir Paşazadə və başqaları çıxış etmişlər.
Görüçdə Ağstafa, Qazax, Tovuz, Gədəbəy və Şəmkir rayonlarının Ağsaqqallar Şuralarının sədrləri çıxış edərək son illərdə bölgələrin sürətli inkişafından və cəmiyyətdə mənəvi dəyərlərin qorunub saxlanımasında ulu öndər Heydər Əliyev ideyalarının təsirindən danışmışlar.
          Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən görüşdə ölkəmizdə yaşlı nəslə və gənclərə göstərilən diqqət və qayğıdan söhbət açılmışdır.

Keçidlər