Prezidentin Füzuli və Cəbrayıl rayonlarına səfəri qələbənin nidasıdır
Azərbyacan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərinə bir neçə prizmadan yanaşmağa ehtiyac var: "Birinici müharibədən sonra Azərbaycan və Ermənistandakı fərqlərdir. Bir tərəfdə qələbəni qeyd edən xalq, digər tərəfdə məğlubiyyətin acısını yaşayan kütlə, bir tərəfdə müzəffər ordu ilə qələbə bayramlaşması üçün Fizuli və Cəbrayıla gələn dövlət başçısı, digər tərəfdə isə öz xalqından gizlənən baş nazir. Fərqlər göz önündədir.
Hər birimiz Ali Ba Komandanın Füzuli və Cəbrayılda hansı coşqu ilə qarşılandığının şahidi olduq. Qələbə hisslərini yaşadan Prezidentə xalq öz sevgisini nümayiş etdirdi. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq isə hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Bu illər ərzində hər birimiz Prezidentin əsas amalının xalqın yanında olmaqdan ibarət olduğunu görmüşük. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl rayonlarına səfər etdi və yenə də xalqı ilə birlikdə olduğunu nümayiş etdirmiş oldu. Fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulan Prezident İlham Əliyev hər zaman qazanılan nailiyyətlərdən bəhs edərkən böyük fəxrlə bildirir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Elə bütün bunların səbəbidir ki, bu gün Azərbaycanda Prezident xalqına güvənir, xalq isə öz liderinə inanır. Hər bir addımını xalqın mənafeyinə uyğun atması cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb. Daim xalqın yanında olmaq, onun çətinliklərini öyrənmək və problemlərin operativ həlli istiqamətində tədbirlər görmək Prezidentin iş tərzidir. İş qrafiki nə qədər zəngin və ağır olsa da, dövlət başçısı hər zaman xalqın marağını üstün tutaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyib. Azərbaycan xalqı da həmişə öz liderinə güvənib, ona ən güclü dayaq olub".
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır.
Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir. “Qarabağ Azərbaycandır və nida” sözlərini deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev birmənalı olaraq bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir və bu tarixi bir səfərdir.
Qazilər ilə görüşdə “Mən hər zaman Sizin yanınızda olacağam”, xalqa müraciətində “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən Prezident İlham Əliyev, Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə, eyni zamanda, “Hər bir hərbçinin Ali Baş Komandanı” olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu.
Prezidentin səfəri həmçinin Azərbaycan Qələbəsini şübhə altına salmaq istəyənlərə də verilmiş mesaj idi. Belə ki, Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir.