Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada Vətən müharibəsinin qazisi evində ziyarət olunub

20 noyabr 2020 | 11:00

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Vətən müharibəsində yaralanmış hərbçimiz, Ağstafa şəhər sakini, Həsənov Seymur Telman oğlunu yaşadığı evində ziyarət edib, qazimizin sağlamlığı və qayğıları ilə maraqlanıb.
İcra başçısı ilk öncə düşmən üzərində qazanılan tarixi Qələbə münasibətilə qazimizi və ailə üzvlərini təbrik edərək bildirb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi Qarabağ savaşı xalqımızın Böyük Qələbəsi ilə başa çatdı. Dövlətimizin başçısı noyabrın 10-da Azərbaycan xalqına müraciətində elan etdiyi Böyük Qələbə xəbəri ilə həmin gün tariximizin şanlı səhifəsinə çevrildi.
Dövlətimizin hər zaman şəhid ailələrinə və vətən uğrunda xidmətləri olan vətəndaşlarına göstərdiyi yüksək qayğıya görə minnətdarlığını bildirən qazimiz, Böyük Qələbənin xalqımızın birliyinin və həmrəyliyinin nəticəsi olduğunu ifadə edib.

Keçidlər