Dövlət Proqramı çərçivəsində 220 şagird yerlik Soyuqbulaq qəsəbə tam orta məktəbinin açılışı olmuşdur
11 sentyabr 2013-cü il tarixdə Dövlət Proqramı çərçivəsində 220 şagird yerlik Soyuqbulaq qəsəbə tam orta məktəbinin açılışı olmuşdur.
Tədbiri giriş sözü ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev açaraq regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizdə, o cümlədən Ağstafa rayonunda görülmüş işlər barədə məlumat verdi. Qeyd olundu ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən aparılan təhsil islahatları uğurla davam etdirilir. Ağstafa rayonunda da bu sahəyə geniş diqqət yetirilmiş, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əsaslı təmiri və yeni məktəb binalarının tikilməsi istiqamətində işlər sürətlə davam etdirilir. Bu gün Soyuqbulaq qəsəbə tam orta məktəbi istifadəyə verilir, 15 sentyabr bilik gününə qədər isə Dövlət Proqramı çərçivəsində daha iki məktəb, o cümlədən Köçəskər 1 saylı və Göycəli kənd tam orta mətkəbləri istifadəyə veriləcəkdir. Yaxın günlərdə isə Kolxəlfəli və Eynallı kənd tam orta məktəblərinin yeni binalarının tikintisinə başlanılacaqdır. Cənab Məhərrəm Quliyev qeyd etdi ki, təhsil sahəsində həyata keçirilən bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilimizə göstərdiyi yüksək diqqət və qayğısının bariz nümunəsidir.
Sonra Soyuqbulaq qəsəbə tam orta məktəbin direktoru Rasim Osmanov, şəhid atası Vahid Omarov, kənd sakini Göyçək Yusifova çıxış edərək müasir standartlara cavab verən Soyuqbulaq qəsəbə tam orta məktəbinin və Ağstafa-Böyük Kəsik-Sadıqlı avtomobil yolunun yüksək keyfiyyətlə tikintisinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
Daha sonra rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və şəhid atası Vahid Omarov qırmızı lenti kəsərək məktəbin açılışını etdilər. Cənab Məhərrəm Quliyev və rayon ictimaiyyəti məktəbin sinif, kompüter otaqları və idman zalı ilə yaxından tanış oldular.