Şriftin ölçüsü :

Saytın rəngi :

Köcəsgər kəndini içməli su ilə təmin edən metal borunun 1140 metr hissəsi politelin borularla yenilənmişdir

22 noyabr 2020 | 11:00

Dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindən olan əhalinin su təminatının yaxşılaşdırılması istiqamətində Ağstafa rayonunda da ardıcıl tədbirlər həyata keçirilir. Belə ki, rayonun ən böyük üçüncü yaşayış məntəqəsi olan Köcəsgər kəndini uzun illər icməli su ilə təmin edən d 315 mm-lik metal borunun 1140 metr hissəsi d 280 mm-lik politelin borularla yenilənmişdir. Beləliklə də kənd əhalisinin içməli su təminatı əsaslı şəkildə yaxşılaşmışdır.
Bu istiqamətdə işlərin davamı digər yaşayış məntəqələrində də mərhələli şəkildə həyata keçiriləcəkdir.

Keçidlər