Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafa Rayon İcra Hakimiyyətində könüllülərlə görüş keçirildi

23 noyabr 2020 | 11:00

Bu gün Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov  gənc könüllülərlə görüşüb. Gənclərlə səmimi söhbət edən rayon rəhbəri onların bu fəaliyyətə qoşulmasını yüksək qiymətləndirib. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri 2 fevral 2019-cu il tarixindən Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan "Gənclərin İnkişaf və Karyera Mərkəz”lərinin (GİKM) həmin qayğının əyani sübutu olduğunu bildirib.  Ölkəmizdə gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğını böyük minnətdarlıq hissi ilə qeyd edən icra başçısı könüllülük fəaliyyətinin də həmin qayğının davamı olduğunu vurğulayıb. Bildirib ki, bu gün dövlətimiz tərəfindən gənclərə hər cür dəstək göstərilir. Azərbaycan gənclərinin bilikli, savadlı, intellektual səviyyələrinin yüksək olması, gələcəkdə rahat şəkildə öz iş karyeralarını qurmaq üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Həmin tədbirlər nəticəsində gənclərin böyük əksəriyyəti iş əldə etmək imkanı qazanır. “Bu könüllü fəaliyyəti də siz gənclərin qarşısında hər zaman geniş imkanlar açacaq”, - deyən rayon rəhbəri bu fəaliyyət sayəsində böyük təcrübə əldə edəcəklərini qeyd edib. Cəsarətli addım ataraq fəaliyyətə qoşulan gənclərə gələcək işlərində bir daha uğurlar arzulayıb. İcra başçısı ilə səmimi söhbət edən və bugünkü görüşdən razı qalan gənclər də öz növbələrində onlara yaradılan imkana, ən əsası da gənclərə olan dəstəyə görə ölkə başçısına və rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər