Şriftin ölçüsü :

Saytın rəngi :

Ağstafada sakinlərə tibbi maska paylandı

25 noyabr 2020 | 11:00

Ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Əhalinin sanitar-karantin qaydalarına əməl etməsi üçün daxili işlər orqanları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır. Karantin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq tədbirlər görür.
Növbəti belə tədbirlərdən biri də Ağstafada baş tutub. Sanitar rejiminin qaydalarına riayət etmək məqsədilə Ağstafa Rayon İcra Hakimiyyətinin  əməkdaşları və könüllülərdən ibarət gənclər sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələbləri izah edilib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olması vətəndaşların diqqətinə çatdırıb. Eyni zamanda, vətəndaşlara tibbi maskalar paylanılıb.

 

Keçidlər